DİN Ağstafada ögey anası tərəfindən döyülən uşaqlar barədə açıqlama verdi-Uşaqların nənəsi isə başqa söz deyir…

Baxılıb:246
DİN Ağstafada ögey anası tərəfindən döyülən uşaqlar barədə açıqlama verdi-Uşaqların nənəsi isə başqa söz deyir…

Sosial şəbəkələrdə Ağstafa rayonunda azyaşlıların ögey anasi tərəfindən döyülərək işgəncələrə məruz qalmasını əks etdirən videonun yayılması cəmiyyətdə birmənalı qarşılanmayıb.

Daxili İşlər Nazirliyinin Gəncə regional qrupunun inspektoru polis leytinantı Eşqin Qasımov AzTimes.az-ın sorğusuna cavab olaraq bildirib: “Aqstafa rayon sakini Zəminə Həsənova öncə DİN-in 102 xidmətinə , daha sonraAğstafa RPŞ-ə ərizə ilə müraciət edərək bildirib ki, vəfat edən qızının övladları ögey anası tərəfindən fiziki şiddətə məruz qalıb. Dərhal Ağstafa RPŞ tərəfindən araşdırmalar aparılıb,hər iki tərəf RPŞ-ə dəvət olunub və izahatlar alınıb. Daha sonra körpələrin bədənindəki xəsarətlərin müəyyən olunması üçün məhkəmə tibbi ekspertizaya göndərilməsi qərara alınıb.Lakin Zəminə Həsənova bundan imtina edərək hər-hansı şikayətinin olmadığını, uşaqlara özü baxmaq üçün müraciət etdiyini bildirib Nəvələrini də götürərək Gəncə şəhərinə gedib. Hazirda Ağstafa RPŞ-də araşırmalar davam etdirilirTezliklə hər iki uəağın məhkəmə tibbi ekspertizadanxəsarət dərəcələrinin müəyyən edilməsi üçünrəy alındıqdan sonra araşdırmalarən nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.”

Amma Zəminə Həsənova öz fikirlərini ifadə edərkən tamam başqa seylər deyir.

O, bildirib ki, Ağstafa RPŞ-də onun cahilliyindən istifadə edərək məsləhət veriblər ki, şikayıtdən imtina etməsə körpələr onun himayəsinə verilməyəcək. Z.Həsənova iddia edir ki, o nəvələrini himayəsinə götürə bilmək məqsədi ilə polisin dediyi ilə razılaşıb.


Abunəlik