Tətil üçün Əfqanıstana getdi, başına gəlməyən qalmadı – FOTO
Tətil üçün Əfqanıstana gedən ingilis tələbə Miles Routledge “Taliban”ın hakimiyyəti ələ keçirəndən sonra ölkədəki xaosun ortasında qalıb.
AzTimes.az xarici KİV-ə istinadən xəbər verir ki, sosial media hesabında açıqlamalar verən 22 yaşlı tələbə yaşadıqlarını danışıb.
“Ziyarət edilməsi ən təhlükəli olan ölkələr”in siyahısını araşdırdıqdan sonra Əfqanıstana gedən fizika tələbəsi Miles başına gələn hadisələri sosial media hesabında paylaşır.
Sadə əfqanlardan vəziyyətinin daha yaxşı olduğunu bildirən ingilis tələbə təxliyə edilməsinin hələ bir neçə həftə çəkə biləcəyini söyləyib.
Paylaşımlarının birində Miles “Taliban” silahlıları tərəfindən saxlanıldığını, xilas olmaq üçün uelsli olduğunu söyləməyə məcbur qaldığını bildirib.
Qeyd edək ki, Miles bundan əvvəl “ziyarət edilməsi ən təhlükəli olan ölkələr”in siyahısından seçdiyi Çernobılı də gəzib./metbuat.az