Düşmən Şuşada bölmələrimizə qarşı təxribat törədib – MÜDAFİƏ NAZİRLİYİ

Baxılıb:156
Düşmən Şuşada bölmələrimizə qarşı təxribat törədib – MÜDAFİƏ NAZİRLİYİ

Avqustun 14-ü axşam saatlarında Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən Şuşa şəhəri ətrafındakı bölmələrimizə qarşı təxribat törədilib.

Bu barədə Redaktor.az-a Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Belə ki, axşam saat 22:14 radələrində Xəlfəli yaşayış məntəqəsi yaxınlığına iki ədəd mülki avtomobilin yaxınlaşdığı müşahidə edilib. Həmin nəqliyyat vasitələrindən düşən silahlı şəxslər mövqelərimiz istiqamətində havaya atəş açaraq dərhal ərazini tərk ediblər. Bölmələrimiz tərəfindən müvafiq tədbir görülüb və bu barədə Rusiya sülhməramlılarının komandanlığına məlumat verilib.

AzTimes.az


Abunəlik