Nazilə Xoşqədəm Hidayətqızından üzr istədi-Məhkəmə BİTDİ
Şairə, qiraətçi Nazilə Səfərli məşhur teleaparıcı, əməkdar jurnalist Xoşqədəm Hidayətqızından üzr istəyib.
AzTimes.az manset.az-a istinadən xəbər verir ki, Nizami Rayon Məhkəməsinin qərarı ilə Nazilə Səfərli Xoşqədəm Hidayətqızı barəsində dediyi fikir və ifadələrini təkzib edərək üzr istəyib.
Qeyd edək ki, bu barədə məhkəmə qararı qanuni qüvvəyə mindikdən sonra, müxtəlif bəhanələrlə məhkəmə qərarını icra etməkdən yayınan Nazilə Səfərli axtarışa verilmiş, daha sonra Hidayətqızının tələbi ilə tutularaq məhkəməyə gətirilmiş və məhkəmənin qərarı ilə inzinbati Xətalar Məcəlləsinin 528-ci maddəsi ilə 500 manat məbləğində cərimə olunmuşdu.
Bundan əlavə bildirək ki, tərəflər ərasında qalmaqal Nazilənin keçmiş qardaşı arvadının Xoşqədəm Hidayətqızının Xəzər TV-də yayımlanan “Səni axtarıram” proqramına müraciət edərək Nazilə və keçmiş əri barədə şikayətlər etməsi və Naziləni efirə çağırması ilə başlayıb.