Nazirlik işçisi 13 yaşlı qızı zorlayan qohumunu müdafiə edir, ailə hədələnir-ŞOK İTTİHAM

Baxılıb:1511
Nazirlik işçisi 13 yaşlı qızı zorlayan qohumunu müdafiə edir, ailə hədələnir-ŞOK İTTİHAM

3 il öncə Lerik rayonunda baş vermiş ağılasığmaz hadisədən yəqin ki, hər kəsin xəbəri var. Belə ki, rayon sakini qonşuluqda yaşayan 12 yaşlı qızın yatağına gecə ilə girərək ona təcavüz edib. Oğlanın adamları cinayəti gizlətmək üçün qızın ailəsi ilə uzun çəkişmədən sonra razılığa gələrək cütlüyü nişanlayır. Ve 3 ay nişanlı qalan 13 yaşlı qızı hər gün evinə aparıb ona zülmlər edib, tövləyə salıb üstünə qapını qıfıllamaqdan tutmuş, döyməyə qədər məsələ böyüyür. Belə olan halda qızın atası hüquq-mühafizə orqanlarına gedərək məsələnı danışır. Və oğlan 5 il həbs cəzası alır. O gündən oğlanın ailəsi hər gün təhqir və təhdidlərlə zorlanmaya məruz qalan qızın ailəsinə hücum edir(sübut üçün səs yazıları da var). Bir neçə gün öncə oğlanın atası Məmmədov Elman yenidən qisas almaq məqsədi ilə Lerik rayonu xəstəxanasına gedərək guya qızın anası ona ağır xəsarət yetirib deyə, günlərdir ki, xəstə kimi yatır və qızın anasının həbs olunmasını istəyir. Məsələ ilə bağlı qızın atası saytımıza bunları danışıb:

Məmmədov Elman Əhməd oglu 01. 08. 2021-ci il tarixində mənim evdə olmamagımdan istifadə edib ailəmə hucum çəkib, azyaşlı uşaqlarıma qorxudub, nalayiq söyüşlərlə və hədə qorxu gəlib. Bu birinci, ikinci dəfə deyil, demək olarki hər gün içkili nəşəli halda olaraq təkrarlanıb. Dəfələrlə 102, polisə müraciət etmişik. Bundan əlavə polisdə problemli ailələr kimi qeydiyyata düşmüşük. Elman Məmmədov ailə tərbiyəsi olmayan şəxsdir. Bunu deməyə əsaslarım var Bu şəxs öz ailə üzvləri anası, qızı, yoldaşı və digər qadın qohumlarının yanında kişiyə yaraşmayan əxlaqsız söyüşlərlərlə, təxqirlərlə bizə qarşı cirkinliyini davam etdirir. Bu insan artıq qudurqanlıq edir. Onda onun tayı olan qardaşı Energetika nazirliyinin əməkdaşı Aydın Məmmədov himayədarlıq edir bu ailənin hər çirkin əməllərinin arxasında o durur. Mən Azərbaycan Respublikasının huquq mühafizə orqanlarına üzümü tutaraq xahiş edirəm mənim ailə üzvlərimin hüqüqlarını, təhlükəsizliyini təmin edəsiniz. Çünki bu insanlar pullarına güvənərək hər şeyi öz xeyirlərinə həll etməyi bacarırlar. (yəniki Aydın Məmmədovun puluna güvənərək). Hal hazırda Elman Məmmədov Lerik mərkəzi xəstəxanasında heç bir ciddi xəsarəti olmadan xəstə qismində yatır. Bunu deməyim səbəb var məndə olan dəqiq məlumata görə 01.08.2021 ci ildə xəstəxanaya getmiş həkim müayinəsindən keçmiş heç dir ciddi xəsarəti olmamışdır. Həkimə təzyiqlər olmasına baxmayaraq həkim onu evə buraxmışdır, səhəri günü başqa bir həkimin vasitəsi ilə yenidən xəstəxanaya yatırmışlar. Hal hazırda da xəstəxanada yatır. Mən əminəm ki Lerik rayon hüqüq mühafizə orqanları Aydın Məmmədovun bu iyrənc niyyətini üzə çıxaracaqlar və Elman Məmmədovu ifşa edəcəklər. Yoxsa bu ailə lerikdə çox insanların canını yandıracaqlar. Buna imkan verməyək. Ümüd edirəm mənim bu səsimi Azərbaycan ictimayyəti eşidər və səsimə səs verər.

Cavid Əhmədoğlu /AzTimes.az/


Abunəlik