AzTV-də haqsızlıqlarla mübarizə pik həddə çatır”Hakim satın alındı, apellyasiyaya müraciət edəcəm”

Baxılıb:1560
AzTV-də haqsızlıqlarla mübarizə pik həddə çatır”Hakim satın alındı, apellyasiyaya müraciət edəcəm”

Sabiq AzTV əməkdaşı Saidə Vəliyeva ilə Rövşən Məmmədovun məhkəməsi beş dəqiqəyə yekunlaşıb və hakim AzTV sədrinin xeyrinə qərar verib.

Səidə Vəliyeva iddia edir ki,hakimin əməllərində qərəz açıq-aydın hiss olunub.” O heç bir araşdırma aparmadan, təqdim olunan materiallarla tanış olmadan qərar çıxardı.”

Proseslə bağlı fikirlərini şəxsi “Facebook” hesabında yazan Vəliyeva mübarizənin hələ bitmədiyini, əgər Azərbaycan məhkəmələri ədaləti tanımırsa, Avropa Məhkəməsinin ədalətinə sığınacağını deyib.

“Əziz dostlar! 11 avqust 2021-ci il tarixində Bakı şəhəri Səbail Rayon Məhkəməsində mənim iddia ərizəm üzrə məhkəmə prosesi keçirildi.Bildiyiniz kimi cavabdeh AzTV sədri Rövşən Məmmədovdur.Hakim İlkin Rüstəmov obyektiv məhkəmə araşdırması aparmadan iddiamın təmin edilməməsi haqqında qərar elan etdi.Qeyd edim ki,məhkəmə zamanı qarşı tərəf ciddi bir dəlil-sübut təqdim edə bilmədi.Cavabdehin nümayəndəsi Elxan Abbasov guya mənim müəyyən vaxtlar işə gəlmədiyimə görə məvacib almadığımı bildirdi.Halbuki elə olmayıb.AzTV-də çox az əməkdaş maaş alır,qalan işçilər qonorar alırlar.Bu isə verilişlərin olub-olmamasından asılıdır.AzTV adından bir dəfə də barəmdə  belə açıqlama olmuşdu.Ardından da yazılmışdı ki,adıma çoxlu kreditlər olub.Elə bir-birini təkzib edən bu sözləri ilə də özlərini ifşa etmişdilər.Krediti o şəxsə verirlər ki,gəliri olsun,bu barədə arayış təqdim etsin.Əgər banklar mənə kredit ayırıblarsa,deməli qazancımı araşdırıb qərar veriblər.Bundan savayı mənim müxtəlif verilişlərdə işləməyimi təsdiq edən bir çox sübut var ki onları daha sonra açıqlayacam.Ümumiyyətlə isə bu məsələlərin qabardılmasının məhkəmənin mahiyyətinə elə bir aidiyyatı yox idi.Bu ədalətsizlik məni ruhdan salmır.
Mübarizəm sonadək davam edəcək.Var gücümlə haqq-ədalət məhkəməsinin baş tutmasına çalışacam.Bu yolda sizin də dəstəyiniz lazımdır.Mən artıq 11 aydır davamı aparıram.11 aydır işsizəm.Ailədə valideynlərim xəstədirlər.Özüm də daim stress,həyəcan içində olduğumdan ürək,təzyiq xəstəliyi tapmışam.Üstəlik də Rövşən Məmmədovun sayəsində maddi vəziiyyətim də günü-gündən pisləşir.
Gündəlik qayğıların içində hüquqi müdafiə prosedurlarını təşkil etməkdə çətinlik çəkirəm.Bu məqsədlə buradan mənim mübarizəmi haqq işi hesab edən bütün dost-tanışa,hüquq müdafiəçilərinə,
hüquqşünaslara,vəkillərə səslənirəm: bu mərhələdə mənim hüquqi yardıma,növbəti məhkəmə instansiyasında haqqımı müdafiə etməyə ciddi ehtiyacım var.Bir sözlə,könüllü,təmənnasız vəkil köməyinə zərurət yaranıb.Xahiş edirəm,haqq davamın qələbə ilə sona çatması üçün mənə bu mərhələdə köməyinizi əsirgəməyin.Haqq nahaqqa qurban getməsin.

“Əziz dostlar! 11 avqust 2021-ci il tarixində Bakı şəhəri Səbail Rayon Məhkəməsində mənim iddia ərizəm üzrə məhkəmə prosesi keçirildi.Bildiyiniz kimi cavabdeh AzTV sədri Rövşən Məmmədovdur.Hakim İlkin Rüstəmov obyektiv məhkəmə araşdırması aparmadan iddiamın təmin edilməməsi haqqında qərar elan etdi.Qeyd edim ki,məhkəmə zamanı qarşı tərəf ciddi bir dəlil-sübut təqdim edə bilmədi.Cavabdehin nümayəndəsi Elxan Abbasov guya mənim müəyyən vaxtlar işə gəlmədiyimə görə məvacib almadığımı bildirdi.Halbuki elə olmayıb.AzTV-də çox az əməkdaş maaş alır,qalan işçilər qonorar alırlar.Bu isə verilişlərin olub-olmamasından asılıdır.AzTV adından bir dəfə də barəmdə  belə açıqlama olmuşdu.Ardından da yazılmışdı ki,adıma çoxlu kreditlər olub.Elə bir-birini təkzib edən bu sözləri ilə də özlərini ifşa etmişdilər.Krediti o şəxsə verirlər ki,gəliri olsun,bu barədə arayış təqdim etsin.Əgər banklar mənə kredit ayırıblarsa,deməli qazancımı araşdırıb qərar veriblər.Bundan savayı mənim müxtəlif verilişlərdə işləməyimi təsdiq edən bir çox sübut var ki onları daha sonra açıqlayacam.Ümumiyyətlə isə bu məsələlərin qabardılmasının məhkəmənin mahiyyətinə elə bir aidiyyatı yox idi.Bu ədalətsizlik məni ruhdan salmır.
Mübarizəm sonadək davam edəcək.Var gücümlə haqq-ədalət məhkəməsinin baş tutmasına çalışacam.Bu yolda sizin də dəstəyiniz lazımdır.Mən artıq 11 aydır davamı aparıram.11 aydır işsizəm.Ailədə valideynlərim xəstədirlər.Özüm də daim stress,həyəcan içində olduğumdan ürək,təzyiq xəstəliyi tapmışam.Üstəlik də Rövşən Məmmədovun sayəsində maddi vəziiyyətim də günü-gündən pisləşir.
Gündəlik qayğıların içində hüquqi müdafiə prosedurlarını təşkil etməkdə çətinlik çəkirəm.Bu məqsədlə buradan mənim mübarizəmi haqq işi hesab edən bütün dost-tanışa,hüquq müdafiəçilərinə,
hüquqşünaslara,vəkillərə səslənirəm: bu mərhələdə mənim hüquqi yardıma,növbəti məhkəmə instansiyasında haqqımı müdafiə etməyə ciddi ehtiyacım var.Bir sözlə,könüllü,təmənnasız vəkil köməyinə zərurət yaranıb.Xahiş edirəm,haqq davamın qələbə ilə sona çatması üçün mənə bu mərhələdə köməyinizi əsirgəməyin.Haqq nahaqqa qurban getməsin.”


Abunəlik