Vilayət Quliyev Vətənə qayıdır: “Gərək belə olmayaydı…”

Baxılıb:398
Vilayət Quliyev Vətənə qayıdır: “Gərək belə olmayaydı…”

“Ömrün daha bir səhifəsi qapanır. Sabah Vətənə dönürük”.

Bunu Azərbaycanın Macarıstandakı sabiq səfiri Vilayət Quliyev deyib.

Həyatının bir hissəsini Macarıstanda keçirən keçmiş səfir təəssüratlarını sosial şəbəkə hesabında bölüşüb:

“Bir az astagəl, çoxdanışan olsalar da, sadəliyi və səmimiliyi ilə seçilən macar insanını sevdim. Mənə çox doğma, çox yaxın göründülər.

Siyasətçilərlə faydalı təmas qurduq. Elm adamları arasında çoxlu dostlar tapdım. Xalqlarımızı, ölkələrimizi yaxınlaşdırmaq, biri-birinə daha yaxşı tanıtmaq üçün birgə çalışdıq.

Ailəmizin – həmişə mənə dayaq olan xanımımın, övladlarımızın – Şamillə Humayın çoxlu sevincli günlərinin ünvanı Budapeşt oldu…

Və təəssüf ki, ürəyimizi parçalayan, dünyanı başımıza dar edən ən dəhşətli xəbəri də burada aldıq. Nə qədər ağır, iztirablı olsa da, ayaqda qalmağa və Allahın bəxş elədiyi ömrü ləyaqətlə yaşamağa çalışırıq… Amma gərək belə olmayaydı!”.

Qeyd edək ki, sabiq XİN rəhbəri V. Quliyev bu yaxınlarda Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanın Macarıstanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

O, 11 il ölkəmizin Budapeştdə səfiri vəzifəsində çalışıb.//modern.az


Abunəlik