Qaxda 1 ton 700 kiloqram çətənə kolu məhv edilib

Baxılıb:397
Qaxda 1 ton 700 kiloqram çətənə kolu məhv edilib

Qax Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Fıstıqlı kəndi ərazisində yabanı halda bitən çətənə kolları aşkar edilib. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan AzTimes.az-a verilən məlumata görə, ümumi çəkisi 1 ton 700 kiloqram olan 5431 ədəd  narkotik tərkibli çətənə bitkiləri kökündən çıxarılıb və yandırılaraq məhv edilib.


Abunəlik