Gəncədə silsilə oğurluq edən şəxs ifşa edildi

Baxılıb:191
Gəncədə silsilə oğurluq edən şəxs ifşa edildi

             Gəncədə silsilə oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb

Gəncə şəhər Baş Polis İdarəsinin Nizam rayon Polis İdarəsinin (RPİ) ərazi üzrə Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər  ərazisində silsilə oğurluq hadisələri törədən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan AzTimes.az-a verilən məlumata görə, aparılan araşdırmalarla müəyyən edilib ki, Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş,  Elşən Cəfərov cari ilin müxtəlif vaxtlarında  şəhər ərazisindəki 10-dan çox mənzil və fərdi yaşayış evlərinə qeyri-qanuni yolla daxil olaraq oradan ümumi dəyəri 1000 manatdan çox olan su qurğularını oğurlayıb.  E. Cəfərov  saxlanılaraq maddi sübutlarla birlikdə istintaqa təhvil verilib. Faktlarla bağlı Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.


Abunəlik