Elmin cavab tapa bilmədiyi 10 müəmma- FOTOLAR
Artıq 21-ci əsrdə yaşayırıq. Elm və texnika güclü inkişaf yolu keçib. Bir zamanlar epidemiya səbəbi olaraq böyük şəhərlərin məhvinə səbəb olan xəstəliklər peyvəndlə sıradan yoluxma hesab olunur və müalicə ilə ötüşür.Elm, texnolgiya inanılmaz inkişaf mərhələsindədir.Digər planetlərin öyrənilməsi yolunda mühim irəliləyişlər var. Bütün bunlara baxmayaraq planetimizdə elmin hələ də çözə bilmədiyi sirrlər yatır. Bu yazımızda sizlərə həmin sirlərdən onunu təqdim edəcəyik:
1.Kristal kəllə. Mayalılar tərəfindən təmiz kristaldan hazırlamış insan kəlləsinin alt hissəsindən işıq salarkən şüa ancaq gözlərə isabət edir. Kəllənin nə məqsədlə və hansı texnologiya vasitəsi ilə hazırlanması hələ də elm adamlarına sirr olaraq qalır. Belə mülahizə yürüdürlər ki, mayalılar bu kəllədən mühim ayinlərin həyata keçirilməsində istifadə etmişdilər.
2. Antiktera mexanizmi.Ağac və metal lövhələrdən hazırlanmış müasir kompyuteri xatırladan bu cihaz 2 min il əvvələ aiddir. Mülahizələrə görə cihaz vasitəsi ilə riyazi hesablamalar aparılıb. Lakin bu mülahizə olaraq qalır.
4.” La Madonna di Tarquinia” əsəri. 15-ci əsrdə Filippo Lippi tərəfindən çəkilmişdir. Rəsm əsərində əsas diqqəti arxa fonda havadan asılı qalmış yad cism cəlb edir. Çox maraqlıdır 15 -ci əsrdə yad obyekt o rəsm əsərinə necə düşə bilib?
4. Miladdan əvvələ aid dinazavr heykəlləri. 1945-ci ildə Val de Maryus Civo dağında 30 minə yaxın xırda dinazavr heykəlləri aşkarlamıdır. Araşdırmalar heykəlciklərin e.ə 8-3-cü əsrlərə aid olduğunu deyir. Amma maraqlıolanı odur ki, bu dövrdə dinazavrların kökü çoxdan kəsilmişdi.
5.Voyniç əlyazması. Məlum olmayan dildə və əlifbada yazılmış kitab. Kitabda istifadə olunan əlifbanın oxumaq yönündə dilçilər uzun müddət çalışmalar aparsalarda, kitabda yazılanları oxumaq bu günə qədər mümkün olmamışdır. Kitabın 1450 – 1520-ci illər arasında yazıldığı ehtimal edilir. Kitabın eni 15 uzunluğu isə 22 sm-dir. Səhifələrinin sayı 240 olsa da, 30-a yaxın səhifənin cırıldığı məlumdur. Kitabın adının Voyniç adlandırılmasının səbəbi, 1812-ci ildə kitabı köhnə bukinistdən almış Vilfred Voyniçin adı ilə bağlıdır. XX əsrin ortalarında, kitabın Voyniç tərəfindən yazıldığı iddia olunurdu. Ancaq aparılmış laboratoriya araşdırmaları kitabın ən azı XVI əsrə aid olduğunu sübut etmişdir.
Voyniç kitabında diqqəti cəlb edən ən önəmli məsələlərdən biridə, kitabda çəkilmiş şəkillərdir. Şəkillərdə ulduzlar, bitkilər və çılpaq qadınlar təsvir olunmuşdur. Şəkillərə əsasən, kitabın astronomiya sahəsində yazılıdığı və bu səhədə ətraflı məlumatların verildiyi məlum olur. Voyniç əlyazması, yüz ilə yaxındır ki, alimlər tərəfindən öyrənilir. Dilçilər, kriptoqraflar, tarixçilər və digər peşə sahiblərinin birgə apardığı araşdırmalar nəticə verməmişdir. Kitabla bağlı olan iddialardan, biri orada istifadə olunan işarələrin heç bir məna ifadə etməməsidir. Müxtəlif sıralanma əsasında, yazılan kitabı oxumağın mümkün olmadığı fikri uzun müddət səslənmişdir. Lakin aparılan araşdırmalar sübut etmişdir ki, kitabda yazılan cümlələr, işarələr toplusu yox, dünya elminə məlum olmayan dilə aiddir.
6. Bağdat batareyaları. 1936-ci ildə Alman arxeoloqu Wilhelm Konig tərəfindən aşkarlanan bu batareyalar hələ də öz sirrini qoruyur. 2500 il əvvələ aid edilən batareyaların sirri hələ araşdırmaçılar tərəfindən aşkarlana bilməyib.
7.Avstryaliyada tapılmış Misir heroqlifləri. Avstraliyada Hantervali Milli Parkında 250-ə yaxın Misir heroqliflərinin tapılması bütün elm adamlarını təəccübə qərq edib. Min illər əvvələ aid edilən heroqliflərdən yeni kəşf olunmuş mnaterikdə necə agah idilər? Bu elmə hələ də müəmma olaraq qalır.
8.Mumyda tapılmış kokain. Dr. Svetla Balabanova analizi nəticələrini gördükdə tamamilə dəhşətə gəlir.Alman əsilli tibb mütəxəssisi narkotik maddənin istifadəsinin izlənildiyi qədim Misir hökmdarlarında bir sıra mumiyaların araşdırılması ilə vəzifələndirilmişdi.Onun tapdıqları tarixi xronologiyanı tamamilə alt-üst edə biləcək fakt idi.Qədim Misirdən bir neçə mumiyanı araşdırdıqdan sonra, tədqiqatçılar minlərlə il ərzində qorunan orqanlarda yüksək səviyyədə kokain, nikotin və tetrahidrokannabinol olduğunu aşkar etdi.Elmi bir şəkildə tanış olan Dr. Balabanova testləri bir neçə dəfə təkrarladı və nümunələri müstəqil sınaq üçün digər laboratoriyalara göndərdi. o labaratoriyalar da Balabanovun ehtimallarını təstiqlədi. Kokainin vətəni Amerikadır.Mraqlıdır, 16-cı əsrdə səyyahlar tərəfindən kəşf edilən Amerika materiki ilə qədim Misir fironları necə əlaqə qura bilərdi?
9.Kostarikadakı daş kürələr. 1930-cu illərdə Kosta-Rika meşələrinin dərinliklərində təsadüfən tapılan yüzlərlə nəhəng daş kürələr bütün sirrini bu günümüzə qədər qorunmuşdur. 2.5 metr hündürlüyündə və 16 ton ağırlığındakı daş kürələrdən hər biri mükəmməl şəkildə yuvarlaqlaşdırılmışdır. Daş topların təbii yolla deyil, insan əli ilə şəkilləndiyinin bilinməsinə baxmayaraq kim tərəfindən, hansı məqsədlə edildiyi və daşlara necə bu qədər düzgün şəkil verilməsi alimlər tərəfindən cavabı tapılmayan suallardandır. Bu daşların asteroid olduğu, yadplanetlilər tərəfindən bu əraziyə yerləşdirildiyi mübahisələri də öz əsasını tapmadan qalır.
10. Amazonda tapılmış mumya. Cənubi Amerikada Amazonda 600 ilə aid böyük qəbiristanlıq aşkar edilmişdir. Qəribəsi isə burada dəfn edilənlər eynilə Misir fironları kimi mumyalanmışdı. Burada əlini üzünə tutaraq üzündə illərin qoruduğu vahiməni saxlayan mumya Norveçli rəssam Edvard Munchun “Çığırtı” əsərini xatırladır. Maraqlıdır. Görəsən bu mumyalanmış şəxs ölümündən öncə nə görmüşdür və bu əsərlə mumyanı bağlayan nədir.
Pərvin Abışova.