Qubada avtomobil oğurlayan şəxs saxlanılıb

Baxılıb:176
Qubada avtomobil oğurlayan şəxs saxlanılıb

      Quba RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində avtomobil oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.  

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba Regional Qrupunun baş inspektoru polis leytenantı Xəyal Talıbovun AzTimes.az-a bildirdiyinə görə oğurluq hadisəsini törətməkdə şübhəli bilinən Quba şəhər sakini Əmrah Əmrahov  rayonun Alekseyevka kənd sakininə məxsus “Vaz 2106” markalı avtomobili əvvəlcə qaçırmış, daha sonra isə qəza törədərək hadisə yerindən qaçmışdır. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalan Quba RPŞ tərəfindən aparılır.


Abunəlik