“”Səhhət” klinikasının əməkdaşını bizə DTX əməkdaşı kimi təqdim edib hədə-qorxu gəldilər”-VİDEO

Baxılıb:1113
“”Səhhət” klinikasının əməkdaşını bizə DTX əməkdaşı kimi təqdim edib hədə-qorxu gəldilər”-VİDEO

Salyan rayonunun Kərimbəyli kəndində yerləşən “Salyan OİL LTD” şirkətində ağlasığmaz olay baş verib . 36 nəfər şəxs işdən uzaqlaşdırılıb. Zərərcəkmişlər iddia edir ki, rəhbərlik onları çağıraraq könüllü işdən çıxmalarını, əks təqdirdə onları narkotik istifadəçiləri kimi qovacaqlarını deyib.

İşçilər bu şərtlə razılaşmadıqda rəhbərlik “Səhhət” klinikasından nümayəndə gətirərək narkoloji test təşkil edib. “Səhhət” klinikası işçilər haqqında poziyltiv rəy verib. Bir həftə sonra zərərçəkmişlər klinikaya gedərək yenidən analiz verdikdə neqativ cavab çıxıb. Daha sonra narkalojı dispenser də vətəndaşların qanının təmiz olması haqda rəy verib
Maraqlı nüans odur ki, şirkətin “Səhhət ” klinikasindan dəvət etdiyi “ekspert” ginekoloqdur.


Abunəlik