Xızı sakininin üzərindən “patı” və heroin tapıldı

Baxılıb:111
Xızı sakininin üzərindən “patı” və heroin tapıldı

       “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Xızı Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən metamfetamin və  heroin adlanan narkotik tərkibli   maddələri üzərində gəzdirməkdə şübhəli bilinən rayonun Giləzi qəsəbə sakini Mehrab Həmidli saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba Regional Qrupunun baş inspektoru polis leytenantı Xəyal Talıbovun AzTumes az-a bildirdiyinə görə   Xızı Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən həmin şəxsin  üzərinə baxış keçirilən zaman  metamfetamin və heroin aşkar olunaraq götürülmüşdür.

Faktla bağlı istintaq aparılır.


Abunəlik