“Sərvər Bayramov yəqin ki,dostunun yükünü azaltmaq üçün gəlirli vəzifəsindən əl götürməyə etiraz etməz” -III YAZI

Baxılıb:1772
“Sərvər Bayramov yəqin ki,dostunun yükünü azaltmaq üçün gəlirli vəzifəsindən əl götürməyə etiraz etməz” -III YAZI

Artıq doqquz aydır ki, AzTV dən uzaqlaşdırılan Saidə Vəliyevanın üsyanı səngimək bilmir. Sabiq AzTV əməkdaşı demək olar ki, AzTV -də baş verən qanunsuzluqları palan içi kimi sökərək şəxsi”Facebook” hesabında paylaşır.

AzTimes.az xəbər verir ki, Saida Vəliyeva son statusunda da Rövşən Məmmədovun büdcəni dağıtdığını iddia edərək aidiyyatı qurumları ən kiçik nüansları belə diqqətdən qacırmamağa çağırıb:

“Xatırlayırsınızsa,AzTV başqanı Rövşən Məmmədov 2020-ci il dekabrın 25-də videoformatda mətbuat konfransı keçirmişdi.Çox təəssüf ki,oturaq vəziyyətdə.Axı tamaşaçı Rövşəni həmişə gəzişən aparıcı kimi görməyə,onun “bədən dili” üslubuna alışıb.Görünür rejissoru quruluş verməyə çətinlik çəkibmiş.Nə isə… İndi isə mətbuat konfransındakı bəzi məqamlara toxunaq.Məsələn,həmin görüşdə  təkrar qonaqlardan danışıldı.Jurnalist Şöhrət Eldəniz bu məsələni qaldırdı.Dedi ki,AzTV-nin verilişlərində,xüsusilə də siyasi verilişlərdə demək olar ki,eyni adamları görürük. Bu irada Rövşən Məmmədovun cavabı o oldu ki,biz danışa bilən ekspertlər tapmaqda çətinlik çəkirik.Yəni sözündən belə çıxdı ki,ölkədə kamera qarşısında fikrini normal ifadə edə bilən tək-tük adam var,onları da Rövşən efirə çıxardır.Amma bunun da bir əmması olmamış olmaz.Ayının min oyunu armudun başında olduğu kimi,Rövşənin də əksər oyunları pulun başında fırlanır.Ötən yazıda da qeyd edildiyi kimi,redaksiyalarda ştatdakı işçilərin sayı ilə qonorar almış şəxslərin sayına baxsaq,bu məsələnin də açmasını tapa bilərik.Düzdür,bu yaxınlarda AzTV-də ciddi maliyyə yoxlamaları aparılıb.Ancaq elə nüanslar var ki,gözdən yayına bilər.Əlaqədar təşkilatları çağırırıq ki hər bir xırdalığı nəzərdən qaçırmasınlar.
Yuxarıda qeyd edildiyi kimi ən çox qonaq,mütəxəssis,ekspert siyasi verilişlərə gəlir.Verilişlərə dəvət alan bəzilərinin adına ekspert kimi qonorar yazıldığını görsək heç də təəccüblənmərik.Bu barədə ara-sıra xəbərlər də gəlib çatır.Hər halda mühasibat sənədlərində bunu aydınlaşdırmaq olar.
Siyasi verilişlər demişkən,AzTV-nin İctimai-Siyasi Proqramlar Studiyasına da bir nəzər salaq.Mətbuata sızan informasiyaya görə Sərvər Bayramovun direktoru olduğu,Rövşən Məmmədovun xüsusi diqqətdə saxladığı həmin strukturun da büdcəsi 61 min manatdan 48 min manata qədər azaldılıb.İndi Rövşənin dostu Sərvər 13 minlik fərqi qapamaq üçün çıxış yolu axtarır,amma deyəsən hələki çıxışa doğru gələ bilmir.Elə isə Rövşən Məmmədova bir tövsiyə.Bildiyimiz kimi Sərvər Bayramovun rəhbəri olduğu studiya əvvəllər İctimai-siyasi proqramlar və xarici xəbərlər studiyası adlanıb.Bu studiya üç redaksiyadan ibarət olub: “ictimai-siyasi proqramlar” baş redaksiyası,”sosial və iqtisadiyyat proqramları” baş redaksiyası və “xarici xəbərlər” baş redaksiyası.Sonradan Rövşən müəllim Lider TV-də birgə işlədiyi Xalid Əliyev üçün “xarici xəbərlər” baş redaksiyasının bazasında “Beynəlxalq müxbir postları və xarici xəbərlər” studiyası yaradaraq adı çəkilən şəxsi direktor təyin edərək İnformasiya Proqramları Studiyasının tərkibinə verdi. Xarici xəbərlər əməkdaşlarının bir hissəsi isə Beynəlxalq Əlaqələr Departamentinə keçirildilər.Bu il isə Sosial və İqtisadiyyat proqramları baş redaksiyası Sərvər Bayramovun tabeçiliyindən çıxarılaraq Mehriban Məmmədovaya verildi.Hazırda bəhs olunan studiya Sahəddin Hüseynovun baş redaktoru olduğu “ictimai-siyasi proqramlar” baş redaksiyası və Tarix şöbəsindən ibarətdir.Praktiki olaraq Studiya Baş redaksiya kimi fəaliyyət göstərir və Rövşən Məmmədovun büdcəyə qənaət  etmək istədiyi indiki dövrdə həm baş redaktor,həm də direktor saxlamaq hansı məntiqə sığır? Üstəlik biləsiniz ki,direktordan başqa ştatda direktor müavini,baş redaktordan başqa ştatda baş redaktor müavinləri də var.Təbii ki, onların da hərəsinə yüksək qonorar və maaş yazılır.
Bir yerdə bir neçə başbilən olanda isə adətən başıpozuqluq yaranır.Çoxluq nədir daha onu yazmırıq.

Sərvər həmişə Rövşənlə ilk növbədə dost olduqlarını fəxrlə deyib.Dost yaman gündə tanınar.Əsl sınaq vaxtıdır.Sərvər Bayramov yəqin ki,dostunun yükünü azaltmaq üçün öz yüksək gəlirli vəzifəsindən əl götürməyə etiraz etməz.Daha sıravi işçilərin qəpik-quruşuna göz dikməz.Necə deyərlər,dostun versə qum, al ovcunda yum!”


Abunəlik