Lənkəranda cərimələnənlər var
Lənkəranda toy zamanı karantin qaydalarının pozulduğu daha 5 obyekt cərimələnib
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AzTimes.az-a verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə rayon ərazisində təşkil olunan daha 5 toy mərasimi zamanı karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları müəyyən edilib. Belə ki, aparılan yoxlamalar zamanı “Şah Sarayı”, “Amin”, “Aydan” şadlıq saraylarında, “Şəlalə” və “Karnaval” istirahət mərkəzlərində təşkil edilən toy mərasimləri ilə bağlı məlumatların “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilməməsi, iştirak edən qonaqların müəyyən edilmiş say həddindən çox olması halı müəyyən olunub. Həmin obyektlərin sahibləri İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən cərimə olunublar.
Ümumilikdə isə Lənkəran rayonu ərazisində iyul ayının 1-dən təşkil edilən toy mərasimləri zamanı karantin rejimindən irəli gələn tələblərin pozulması ilə bağlı 42 nəfər barəsində qanunamüvafiq tədbirlər görülüb, onlardan 3 nəfəri barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsinə əsasən cinayət işi başlanılıb.