Qusarda icarədar HƏBS EDİLDİ

Baxılıb:121
Qusarda icarədar HƏBS EDİLDİ

Qusarda restoran icarədarı 20 gün inzibati həbs edildi

       Qusar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə “Daymond” restoranında rəsmi portalda qeydiyyatda olmayan və karantin rejim qaydalarının pozulması ilə müşahidə olan toy mərasiminin keçirilməsi müəyyən edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba Regional Qrupunun baş inspektoru polis leytenantı Xəyal Talıbovun AzTimes.az-a bildirdiyinə görə obyektin icarədarına əvvəlcədən edilən xəbərdarlığa baxmayaraq, onun insanların kütləvi iştirakı ilə müşahidə edilən toy mərasimi təşkil etdiyi aşkarlanıb.Qusar rayon məhkəməsinin qərarı ilə restoranın icarədarı  Elvin Tahirov  İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq  20 gün inzibati həbs edilib.


Abunəlik