Koronovirus xəstəsi belə İFŞA OLUNDU

Baxılıb:210
Koronovirus xəstəsi belə İFŞA OLUNDU

     Tovuzda evdən icazəsiz çıxan koronavirus xəstəsinin yeri  çayxanada müəyyən edilib.

Daxili İşlər Nazirliyinin  Mətbuat Xidmətinin Gəncə regional qrupundan AzTimes.az-a verilən məlumata görə, Tovuz rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində  nəticəsində koronavirus testinin nəticəsi pozitiv çıxan rayon sakini Füzuli İlyasov  ev şəraitində müalicə almasına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq, yaşadığı evi tərk edərək çayxanaya getməsi aşkar edilib. Müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə F. İlyasov  yaşadığı evə göndərilib. Fakla bağlı İstintaq Bölməsində Azərbaycan Respublikasının Cinayət  Məcəlləsinin 139-1. (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.


Abunəlik