Samuxda məsuliyyətə cəlb edilənlər var

Baxılıb:127
Samuxda məsuliyyətə cəlb edilənlər var

Samuxda toy qaydalarını pozanlar məsuliyyətə cəlb olunub

Samux rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları inzibati ərazilərində xidmət aparan zaman, rayonun Sərkar, Alıuşağı, Burunqovaq və Salahlı kəndlərində karantin qaydalarının pozularaq toy məclisi keçirilməsini aşkar edib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan AzTimes.az-a verilən məlumata görə, araşdırmalar zamanı məlum olub ki, hər 4 ünvanda ev sahibləri 50 nəfərdən artıq qonaq çağırmaqla övladına toy mərasimi təşkil edib.

Polis əməkdaşları iştirakçılarla profilaktiki söhbətlər apararaq karantin qaydalarını xatırladıb və mərasim təşkilatçıları barədə inzibati protokol tərtib edib.Bundan başqa rayon ərazisində fəliyyət göstərən şadlıq saraylarında keçirilən toy mərasiminə dəvət olunan qonaqların COVID-19 pasportu olub-olmaması yoxlanılıb. Araşdırmalar zamanı COVID-19 pasportu olmayan 40 nəfər restorana buraxılmayıb.


Abunəlik