Ucarda karantin qaydalarının pozulduğu toylar aşkar edilib

Baxılıb:149
Ucarda karantin qaydalarının pozulduğu toylar aşkar edilib

Ucarda karantin qaydalarının pozulduğu toylar aşkar edilib.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan AzTimes.az-a verilən məlumata görə, Ucar Rayon Polis Şöbəsinin əməkdaşlarının karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə keçirdikləri tədbirlər nəticəsində

rayonun Alpoud, Müsüslü, Məlikballı, Təzə Şilyan, Yuxarı Şilyan və Qaracallı kəndlərində yerləşən 8 fərdi yaşayış evində keçirilən toy məclislərində pandemiya tələblərinin pozulduğu və normadan artıq qonağın iştirak etdiyi aşkarlanıb.Qayda pozuntularına yol vermiş ev sahibləri ilə mövcud qaydalar haqqında izahedici söhbətlər aparılıb və onlar inzibati qaydada məsuliyyətə cəlb olunublar.


Abunəlik