Nazim İbrahimova həbs yolu göründü-” Rövşən Əkbərov işi” ndə SÜRPRİZ

Baxılıb:302
Nazim İbrahimova həbs yolu göründü-” Rövşən Əkbərov  işi” ndə SÜRPRİZ

Azərbaycanın Milli Qəhrəmanı, ehtiyatda olan general-leytenant Rövşən Əkbərovun barəsində olan cinayət işi üzrə Baş Prokurorluq tərəfindən aparılan istintaq yekunlaşıb.

Yenicag.az xəbər verir ki, Rövşən Əkbərovun işi ilə bağlı Diasporla İş üzrə Dövlət Komitəsinin sabiq rəhbəri Nazim İbrahimov da həbs edilə bilər.

Belə ki, Rövşən Əkbərov Elçin Əliyevi Kiyevdə öldürdükdən sonra, onu Ukraynada müvəqqəti işlər vəkili Rövşən Qarabağlının Azərbaycana qaçırdığı deyilir.

Həmin vaxt məsələ ilə bağlı cinayət işi açılan zaman Nazim İbrahimov fərqli ifadə verib.

Cinayət işi üzrə şahid qismində dindirilən Diasporla İş üzrə Dövlət Komitəsinin sabiq rəhbəri Nazim İbrahimov və fövqəladə hallar nazirinin müavini Orucəli Hacıyev Elçin Əliyevi Rövşən Ələkbərovun qətlə yetirdiyini deyiblər.

Bu şəxslər hadisə baş verən zaman isə qətli Rövşən Əkbərovun törətmədiyini bildirmişdi.

Beləliklə, Nazim İbrahimov və Orucəli Hacıyevin zamanında cinəyəti bilib, gizlədərək dövlətə yalan ifadə verdiyinə görə həbs edilməsi gözlənilir.

Qeyd edək ki, aparılmış istintaqla Rövşən Əkbərovun 2001-ci il mayın 31-dən iyunun 1-nə keçən gecə Kiyev şəhəri, Deqtyaryov küçəsi 7 ünvanda yerləşən “Sikora” kafesində yeyib-içdikdən sonra, saat 4 radələrində həmin kafenin yaxınlığında Elçin Əliyev ilə aralarında yaranmış cüzi münaqişə səbəbindən xuliqanlıq niyyəti ilə onun ürək nahiyəsinə kəsici-deşici predmetlə xəsarət yetirərək Elçin Əliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Rövşən Əkbərova Cinayət Məcəlləsinin 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və 12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham elan edilərək, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


Abunəlik