Ermənilər TƏCİLİ qan bankı yaradır- Müharibəyə HAZIRLIQ

Baxılıb:296
Ermənilər TƏCİLİ qan bankı yaradır- Müharibəyə HAZIRLIQ

“Dostlar, İrəvanda olanlar! Xahiş edirəm, mümkün qədər ixtisaslaşmış müəssisələrə gedərək qan verin”.

AzTimes.az xəbər verir ki, hazırda sosial şəbəkələrin erməni seqmenti bu cür statuslarla dolub-daşır.

Azərbaycan Ordusunun erməni silahlı birləşmələrinin təxribatının qarşısını uğurla alması və düşmənə ağır zərbələr endirməsi erməniləri əməlli-başlı təşvişə salıb. Elə bu səbəbdən də ermənilər əlavə qan bankı yaratmaq üçün sosial şəbəkələrdə çağırışlara başlayıblar.

Digər bir çağırışda deyilir: “Bu anda qana tələbat olmasa da, hər an əlavə ehtiyacın yaranması mümkündür. Ona görə də mümkün qədər qan verin”.

Görünür, erməni silahlı birləşmələri xeyli itki veriblər və xəstəxanalarda yaralı təxribatçıların sayı çoxdur. Ona görə də ermənilər qana tələbatın olacağını bildikləri üçün çağırışlar edirlər. Yaxud da əksinə, yeni döyüşlərə hazırlaşırlar və itkilərinin çox olacağını bildiklərindən qan tədarükü görürlər./konkret az


Abunəlik