Cəlilabadda karantin qaydaları pozuldu-Polis HƏRƏKƏTƏ KEÇDİ

Baxılıb:466
Cəlilabadda karantin qaydaları pozuldu-Polis HƏRƏKƏTƏ KEÇDİ

Cəlilabadda karantin qaydalarını pozan şadlıq evi 4000 manat cərimələnib.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AzTimes.az-a verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə rayon ərazisində təşkil olunan daha bir toy mərasimi zamanı karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları müəyyən edilib. Belə ki, aparılan yoxlamalar zamanı rayonun Təklə kəndində yerləşən R.Hüseynova məxsus şadlıq sarayında təşkil edilən toy mərasimi ilə bağlı məlumatların “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilməməsi müəyyən olunub. Həmin obyektin sahibi İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən 4000 manat məbləğində cərimə olunub.


Abunəlik