Astarada restoran sahibi barəsində cinayət işi BAŞLANILIB

Baxılıb:138
Astarada restoran sahibi barəsində cinayət işi BAŞLANILIB

Astarada karantin qaydalarını pozduğu üçün cərimələnən restoranın sahibi barəsində bu dəfə cinayət işi başlanılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AzTimes.az-a verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə rayon ərazisində yerləşən “Maricel” restoranında təşkil olunan toy mərasimi zamanı növbəti dəfə karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları müəyyən edilib. Belə ki, aparılan yoxlamalar zamanı sözügedən obyektdə bundan əvvəl də təşkil olunan toy mərasimi ilə bağlı məlumatların “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilməməsi, müəyyənləşdirilmiş say həddindən artıq qonağın iştirak etməsi halı aşkarlanıb. Həmin restoranın sahibi İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən 4000 manat məbləğində cərimə olunub. Növbəti dəfə qayda və tələblərin pozulduğuna görə “Maricel” restoranının sahibi barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsinə əsasən cinayət işi başlanılıb.


Abunəlik