Tərtərdə karantin qaydalarının pozulduğu toylar aşkar edilib

Baxılıb:102
Tərtərdə karantin qaydalarının pozulduğu toylar aşkar edilib


Tərtər Rayon Polis Şöbəsi və aidiyyəti qurumların əməkdaşlarının karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə birgə keçirdikləri tədbirlər nəticəsində pandemiya tələblərinin pozulduğu toylar müəyyən edilib.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan AzTimes.az-a verilən məlumata görə, yoxlamalar zamanı rayonun Qaradağlı, Sarıcalı və Qazyan kəndlərində yerləşən 3 fərdi yaşayış evində keçirilən toy məclislərində qonaqların sayının normadan artıq olduğu aşkar edilib.
Qayda pozuntularına yol vermiş ev sahibləri ilə profilaktiki səpkidə söhbətlər aparılıb və həmin şəxslər barəsində inzibati qaydada tədbirlər görülüb.


Abunəlik