Eldar Həsənov DTX-ya qaytarıldı

Baxılıb:452
Eldar Həsənov DTX-ya qaytarıldı

DTX-nin hərbi hospitalında əməliyyat edilən Azərbaycanın Serbiya, Monteneqro və Bosniya və Herseqovinadakı sabiq səfiri, keçmiş baş prokuror Eldar Həsənov yenidən DTX-nin İstintaq Təcridxanasına qaytarılıb.

AzTimes.az xəbər verir ki, bu barədə sabiq baş prokurorun vəkilləri Gununsesi.info-ya açıqlamasında deyiblər.

Qeyd edək ki, bağırsaq keçməzliyindən əziyyət çəkən Eldar Həsənovun səhhəti ağırlaşdığından bir neçə gün əvvəl onun üzərində cərrahiyə əməliyyatı aparılıb.

Onu da bildirək ki, Eldar Həsənovun cinayət işi üzrə istintaq prosesi yekunlaşıb./demokratik.az


Abunəlik