Kəmaləddin Heydərov maşını saxlayıb qarpız satan kişiyə 500 AZN verdi
“Kəmaləddin Heydərov bir dəfə yoldan keçəndə maşını saxlatdırıb qarpız satan bir kişiyə 500 manat verib, o kişi də mənim xalamın əri olub. İndi bütün kənddə Kəmaləddinin adı “çörəkverən” kişi kimi qalıb”.
AzTimes.az xəbər verir ki, bunu yazıçı Kəramət Böyükçöl sosial mediada yazıb.
“O gün xalamgilə getmişdim. Kəmaləddinin kim olduğunu bunlara izah eləməyə çalışdım, mənə itin sözünü dedilər. Dedilər, o cür gözəl insana şər atırsan. Gecə xalamgildə qalacaqdım, Kəmaləddindən danışandan sonra qoymadılar ki, bizim evdə sənə yer yoxdur. Kəndin bütün say-seçmə kişiləri də yolun qırağında qarpız satır, elə bilirlər Kəmaləddin yenə gələcək” – K.Böyükçöl bildirib. //Pravda.az