Beyləqanda reydlər BAŞLADI-FOTO

Baxılıb:175

Beyləqanda polis əməkdaşları şadlıq saraylarına reydlər keçirib
 
Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları fəaliyyətinə qanunamüvafiq qaydada icazə verilən şadlıq evlərində profilaktiki tədbirlər  keçiriblər.
 
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan AzTimes.az-a verilən məlumata görə, tədbirlər zamanı şadlıq evi rəhbərlərinə Operativ Qərargahın qəbul etdiyi toy, nişan, ad günü və digər mərasimlərin keçirilməsi barədə qərarlarla bağlı məlumatlar verilib. Həmçinin şadlıq saraylarında keçirilən mərasimlər zamanı toya dəvət olunan qonaqların “COVID-19” pasportları yoxlanılıb. Qonaqlar arasında peyvənd olunmayan şəxslər isə məclislərə  buraxılmayıb.
 
Şöbə əməkdaşları vaksinasiyadan keçməyən vətəndaşlarla profilaktiki söhbətlər apararaq mövcud qaydalara riayət etmələrinin vacibliyini çatdırıblar.


 


Abunəlik