Xamaneyinin fətvası Xamaneyinin silahlarına qalib gəlib!” – Ərdoğanın baş müşavirindən müdhiş AÇIQLAMA
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş məsləhətçisi M.Mücahit Küçükyılmaz Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadəyə etiraz edib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, Küçükyılmaz bununla bağlı “Twitter” hesabında paylaşım edib.
Türkiyə prezidentinin baş məsləhətçisi qeyd edib:
“Xameneyi (İranın ali dini lideri) Ermənistana silah göndərərkən, Azərbaycan üçün də fətva göndəribmiş. Amma Xameneyinin fətvası Xameneyinin silahını məğlub edib”, – deyə Küçükyılmaz əlavə edib.
Qeyd edək ki, Hacı Allahşükür Paşazadənin iyulun 21-də bayram namazından sonra səsləndirdiyi bəyanat müzakirələrə səbəb olub.
O bildirib ki, Ayətullah Xameneyinin “Qarabağ torpağı İslam torpağıdır” deyərək fətva verməsi qələbənin carçısı idi və bizi qələbəyə apardı.