Övladına toy etmək istədi,xəstəxanalıq oldu-FOTOLAR

Baxılıb:175
Övladına toy etmək istədi,xəstəxanalıq oldu-FOTOLAR

          Ağstafada övladına toy məclisi təşkil edən koronavirus xəstəsi məsuliyyətə cəlb olunub.

Daxili İşlər Nazirliyinin  Mətbuat Xidmətinin Gəncə regional qrupundan AzTimes.az-a verilən məlumata görə, Ağstafa rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində koronavirus testinin nəticəsi pozitiv çıxan, rayonun Qırılı kənd sakini olan bir xanımın ev şəraitində müalicə almasına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq, yaşadığı ünvanda övladı üçün toy mərasimi təşkil etməsi və beləliklə məclis iştirakçılarının sağlamlığını ciddi təhlükəyə atması aşkar edilib. Polis əməkdaşları dərhal həmin ünvana gələrək qanunamüvafiq tədbirlər həyata keçirib. Tibbi prosedurlar gözləməklə həmin xanımı xəstəxanaya yerləşdirib. Bundan başqa araşdırmalar zamanı məclisdəki qonaqların sayının Operativ Qərargahın müəyyən etdiyi saydan artıq olması və əksər qonaqların vaksinasiya olmaması da aşkar edilib.Faktla bağlı polis şöbəsində araşdırmalar davam etdirilir.


Abunəlik