Polis Beyləqanda əməliyyat keçirdi-Çox sayda şəxs…
Beyləqanda karantin qaydalarının pozulduğu toylar aşkar edilib
Beyləqan Rayon Polis Şöbəsi və aidiyyəti qurumların əməkdaşlarının karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə birgə keçirdikləri tədbirlər nəticəsində pandemiya tələblərinin pozulduğu toylar müəyyən edilib.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan AzTimes.az-averilən məlumata görə, yoxlamalar zamanı “Toğrul Palace” şadlıq sarayında təşkil edilən toy məclisinin “icazə.e-gov.az” portalında qeydiyyatdan keçmədiyi, fərdi yaşayış evində keçirilən digər bir toy məclisində isə qonaqların sayı normadan artıq olduğu aşkar edilib.
Qayda pozuntularına yol vermiş şəxslər barəsində qanunamüvafiq tədbirlər yerinə yetirilib.