Astarada qaydaları pozan 25 sürücü cərimələnib
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AzTimes.az-a verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən şəhərin küçə və prospektlərində nəqliyyat vasitələri və piyadaların rahat və təhlükəsiz hərəkətinin təmin olunması ilə əlaqədar nəzarət-profilaktiki tədbir davam etdrilir.Yol polisi əməkdaşları şəhərin müxtəlif nöqtələrində dayanma-durma və parklanma qaydalarını pozan, eləcə də avtobus dayanacaqlarını, piyada səkilərini zəbt edən nəqliyyat vasitələrinin sürücüləri ilə profilaktiki söhbətlər aparıb. Qaydaları pozan sürücülər barəsində qanunamüvafiq tədbirlər görülüb. Eyni zamanda ictimai nəqliyyatda tibbi maska ilə bağlı tələbləri pozanlar, təhlükəsizlik kəmərindən istifadə etməyənlər də yol polisi əməkdaşları tərəfindən müəyyən olunub. Hər birinə yol verdikləri qayda pozuntuları izah olunmaqla inzibati protokollar tərtib olunub.