Polislər şəhid ailələri və hərbi qulluqçuların ailələrini ziyarət etdi

Baxılıb:173
Polislər şəhid ailələri və hərbi qulluqçuların ailələrini ziyarət etdi

AzTimes.az xəbər verir ki,Cəlilabadda polis əməkdaşları şəhid hərbi qulluqçuların ailələrini ziyarət ediblər.

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları Vətən müharibəsində igidlik və qəhrəmanlıq nümunəsi göstərərək şəhid olmuş hərbi qulluqçuların ailələrinə baş çəkiblər. Onlarla həmsöhbət olub, qayğıları ilə maraqlanıblar. Qurban bayramı ərəfəsində gətirdikləri sovqatlarının təqdim ediblər. Görüşlər zamanı şəhidlərimizin müqəddəs amal uğrunda canlarından keçdikləri vurğulanıb, onların əziz xatirəsinin daim qəlbimizdə yaşayacağı bir daha qeyd olunub.  Şəhidlərin ailə üzvləri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.


Abunəlik