Hacıqabulda”Patı” əməliyyatı-Saxlanılanlar var

Baxılıb:164
Hacıqabulda”Patı” əməliyyatı-Saxlanılanlar var

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan AzTimes.az-a verilən məlumata görə, Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik maddələri qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakini, 51 yaşlı İsmayıl İsmayılov saxlanılıb.    

Onun üzərinə  keçirilən baxış zamanı narkotik maddə olan metamfetamin aşkar edilərək götürülüb. Faktla bağlı Hacıqabul RPŞ-də cinayət işi açılıb, araşdırmalar aparılır.


Abunəlik