Göyçayda su kanalında batan yeniyetmənin meyiti çıxarılıb

Baxılıb:240
Göyçayda su kanalında batan yeniyetmənin meyiti çıxarılıb

Göyçay rayonunda yeniyetmə oğlan faciəli şəkildə ölüb.

AzTimes.az xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Ləkçıplaq kəndi ərazisində qeydə alınıb.

Yalman kənd sakini, 2004-cü il təvəllüdlü Salmanov Rüfət Seyfəddin oğlu dostları ilə birgə Yuxarı Şirvan kanalında çimərkən suda boğulub. Fövqəladə Hallar Nazirliyinin dalğıc-axtarış qrupunun əməkdaşları hadisə yerinə cəlb olunub. Hazırda meyitin tapılması üçün suda axtarış işləri aparılır.Məlumata görə, R.Salmanovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.Faktla bağlı araşdırma aparılır.


Abunəlik