“Vətən dardadır” çağırışına qürbətdəki binesini qurban verərək silaha sarılan Vətən oğlu

Baxılıb:286
“Vətən dardadır” çağırışına qürbətdəki binesini qurban verərək silaha sarılan Vətən oğlu

Nənəm həmişə deyirdi ki, gün doğulduğu yeri yanıılmaz. Uşaq idim deyə bu cümləni anlamırdım. Böyüdükcə dərk tdim hüdudsuz, dərin bir mənası olduğunu.Anladım ki, insan da günəş kimidir. Dünyanın harasında olur, olsun, hansı vəzifənin, hansı var-dövlətin sahibi olur olsun bir ovuc vətən torpağı onu maqnit kimi özünə çəkir.

Sizə bu vətənə vətandaş olmaqdansa vətən daşı olmağı üstün tutan bir şəhidimizin qısa ömrə sığdırdığı ülvi həyat hekayəsini nəql edəcəyəm.

İbrahimov Arzuman Pənah oğlu 1962-ci ildə Qərbi Azərbaycanın Kalina vilayətində dünyaya göz açıb. Uşaqlığı və yeniyetməlik illəri qədim Azərbaycan torpaqlarında keçən Arzuman hüdudsuz arzularını həyata keçirmək üçün xəyalların gerçəkləşdiyi Krasnadar şəhərinə köçür. Orada öz həyatını quran Arzuman bütün insanlar kimi normal həyatını yaşamağa başlayır. Ta 1989-cu ilə kimi. Azərbaycanla Ermənistan arasında başlanan əzəli, əbədi torpağımız olan Qarabağ uğrunda müharibə elan olunmamış savaş olsa da qısa bir müddətdə bütün cahana yayılır. Bu müharibənin fəsadları Azrumana da toxundu. Baş verən məlum hadisələrə görə onun ailəsi də öz doğma yurd-yuvalarından didərgin düşdü. Bu ağır faciədir. Təsəvvür et ki, doğulduğun, küçələrində qaçdığın yurdunu bir daha görə bilməyəcəksən. Ta körpəlikdən valideyinləri aldadıb şəffaf sularında balıq tutmağa qaçdığın çayın həzin şırıltısını eşitməyəcəksən. Dostlarınla qurşaq yarışına, aşıq-aşıq oynamağa çağırmaq üçün qapılarına gedə bilməyəcəksən…  heç o dostları da görüb görməyəcəyin məlum deyil.  Bu dəhşətli tufan kimi hara sovuracaq bəlli idimi ki?….

Arzumanın yuxuları qarışırdı. Hər gecə yuxusuna girirdi o torpaqlar. Qan -tər içərisində oyanırdı . Xatirələri küləyin apardığı duman kimi sovrulub gedirdi. Burada günü xoş keçsə də çiyinlərində ağır yük varmış kimi hiss edirdi. Bəzən ona deyirdilər ki, harda günün xoşdur, ora vətəndir. Susqunluqla qarşılayırdı bu fikri. Amma daxilində nə qasırğalar, nə üsyanlar qopurdu, bir özü bilirdi.

Günləri əsrə bərabər keçirdi qürbətdə. Bir gün ürəyinə ağırlıq üdən o daşı qırıb atmağa səbəbi tapdı. Radioda daim Azərbaycan mahnılarını dinləmək üçün dalğaları qarışdıran Arzuman birdən dayandı. Kimsə çıxış edirdi.Diqqətlə dinləyəndə anlaşıldı ki, bu şəxs o zaman yeni müstəqillik qazanmış Azərbaycanda xalq hərəkatının lideri olmuş  Əbülfəz Elçibəydir. O Qaraşağdakı durum, Azərbacandakı vəziyyət barədə nəsə danışırdı. Arzuman onu dinlədikcə boğazında düyümlnən qəhər duz daşına dönüb onu boğurdu.Gözləri dolurdu.Çıxışın bu anında Ə. Elçibəy vətəndən kənarda olan həmvətənlərə çağırış etdi. “Vətən dardadır.” Elə bil hansısa gözəgörünməz bir əl Arzumanı silkələyərək qəflət yuxusundan oyatdı. “Mən hardayam? Mən kiməm? Niyə mən mənə aid olmayan insanlarla əhatə olunmalıyam?Niyə məni səsləyən vətənimin keşiyində deyiləm?” Bütün bunları beynində dolaşdıra-dolaşdıra necə toplanaraq Dəmir Yol Vağzalına gəldiyini fərq etmədi Arzuman. Körpə oğlunun onun saçlarını qarışdırmasından diskinəndə artıq vətənə yetişirdi onu və ailəsini gətirən qatar…….

1991-ci ildə ailəsini valideynlərinin himayəsinə qoyaraq  silaha sarılan Arzuman İbrahimov yeni müstəqillik qazanmış vətənin bağrına qan içən gənə kimi yapışmış mənfur düşmənlə savaşa atıldı.Qısa döyüş yolunda Cəbrayıl, Ağdərə, Hadrut uğrunda gedən döyüşlərdə mərdi-mərdanə vuruşdu. 31 avqust 1991-ci il atıldığı son döyüşdə düşmən gülləsi onu haqladı.  Qısa , lakin cəsarət dolu əməllərlə bir həyat bitdi. Yox!!! Bitmədi!!! Arzuman ölümüylə ölümsüzlüyə qovuşdu. Onun nəşinin “Şəhidlər Xiyabanı”nda dəfninə izn vermədi valideynləri. Ramanada məskunlaşan doğmalar Arzuman İbrahimovu Ramana qəbiristanlığında dəfn etdilər. Bu da bir təsəlli idi. Axı Arzuman qürbatdə yaşayırdı. Oradan döndükdən sonra da cəbhə bölgəsinə yollanmışdı. Valideynlər və yaxınları onu doyunca görə bilməmişdilər. Hər gün məzarını ziyarət etsinlər deyə….

Əminəm ki, bu gün Arzuman İbrahimovun nigaran ruhu   düşmən tapdağında inləyən yurdunda dolanır. Bizi səsləyir. Tezliklə o torpaqlarda görüşmək məqsədimizdir.

Pərvin Abışova /AzTimes.az/


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir