Narkomaniyaya yox deyək!” devizi altında idman turniri keçirilib

Baxılıb:984
Narkomaniyaya yox deyək!” devizi altında idman turniri keçirilib

“Narkomaniyaya yox deyək!” devizi altında idman turniri keçirilib.Astara Rayon Polis Şöbəsinin və Astara Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə narkomaniya ilə mübarizə çərçivəsində sağlam həyat tərzinin təbliği məqsədilə Budo döyüş növü üzrə uşaqlar, yeniyetmələr, gənclər və böyüklər arasında klublararası açıq turnir təşkil edilib. “Narkomaniyaya yox deyək” devizi altında keçirilən yarış başlamazdan əvvəl ulu öndərin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ardınca isə narkomaniyanın ağır fəsadlarını özündə əks etdirən rəsm sərgisinə baxış keçirilib. Daha sonra çıxış edən Astara Rayon Polis Şöbəsinin şəxsi heyətlə iş üzrə rəis köməkçisi, polis kapitanı Ceyhun Abdulov və Astara Rayon Gənclər və İdman İdarəsinin rəisi Ərçə Əliyev bu gün ölkəmizdə gənc nəslin sağlam yetişməsi üçün görülən işlərdən, narkomaniya və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı aparılan qətiyyətli mübarizə tədbirlərindən danışıblar. Təşkil edilən bu cür idman yarışlarının məqsədinin yeniyetmə və gəncləri zərərli vərdişlərdən, xüsusilə nakomaniya bəlasından uzaq tutmaq, sağlam gələcəyimiz üçün sağlam nəsil tərbiyə etmək olduğunu diqqətə çatdırıblar. Pandemiya qaydalarına riayət edilməklə təşkil olunan yarışın sonunda qaliblərin təltif olunması mərasimi keçirilib.


Abunəlik