Polis əməkdaşları şəhid hərbi qulluqçuların ailələrini ziyarət ediblər

Baxılıb:105
Polis əməkdaşları şəhid hərbi qulluqçuların ailələrini ziyarət ediblər

Biləsuvarda polis əməkdaşları şəhid hərbi qulluqçuların ailələrini ziyarət ediblər

AzTimes.az xəbər verir ki, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları Vətən müharibəsində igidlik və qəhrəmanlıq nümunəsi göstərərək şəhid olmuş DİN-in Daxili Qoşunlarının 4 hərbi qulluqçusu Elvin Məmmədov, Ruslan Qurbanov, Asif Talıblı və Orxan Mirzəyevin ailəsinə baş çəkiblər. Onlarla həmsöhbət olub, qayğıları ilə maraqlanıblar. Qurban bayramı ərəfəsində gətirdikləri sovqatı və qurbanlıq heyvanları təqdim ediblər. Görüşlər zamanı şəhidlərimizin müqəddəs amal uğrunda canlarından keçdikləri vurğulanıb, onların əziz xatirəsinin daim qəlbimizdə yaşayacağı bir daha qeyd olunub.  Şəhidlərin ailə üzvləri göstərilən diqqət və qayğıya görə möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.


Abunəlik