Nazir rəis təyin etdi
Qusar Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Əliyev Ziya Fəxrəddin oğlu vəzifəsindən azad edilib.
AzTimes.az Unikal.org-a istinadən xəbər verir ki,bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Nazirin digər əmri ilə, o, Nizami Rayon Polis İdarəsinə rəis təyin edilib.
Xəbəri Nizami RPİ-dən təsdiqləyiblər.
Hazırda Qusar RPŞ-də rəis vəzifəsini müvəqqəti olaraq polis polkovnik-leytenantı Hidayət Babayev icra edir.