“Jurnalist” 1000 manat pul tələb etdiyi obyektdən 130 AZN-lə çıxdı

Baxılıb:246
“Jurnalist” 1000 manat pul tələb etdiyi obyektdən 130 AZN-lə çıxdı

Qaynarxətt.az Media İnformasiya Agentliyinin direktor müavini vəzifəsində işləyən Amid Aslanlının qanunsuz hərəkətləri barədə rayon prokurorluğuna vətəndaş müraciətləri daxil olub.

AzTimes.az  xəbər verir ki, aparılan araşdırmalarla müəyyən edilibdir ki, Amid Aslanlı özünü hüquq-mühafizə orqanlarının əməkdaşı kimi təqdim edərək iyunun 15-də “Dalğa” otelinin əməkdaşından 1000 manat məbləğində pul tələb edib ondan 130 manat məbləğində pul alıb, iyunun 17-də isə Sağlamlıq Mərkəzinin direktorundan hər ay üçün 2 min manat pul tələb edib, həmin pulu vermədikləri halda isə onlar haqqında rüsvayedici məlumatlar yayacağı ilə hədə-qorxu gəlibdir.
Faktla bağlı Cinayət Məcəlləsinin 182.2.2 (hədə-qorxu ilə tələb etmə təkrar törədildikdə) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə cinayət işi başlanıbdır.
Amid Aslanlı şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilibdir.
Hazırda iş üzrə istintaq davam edir./azadinfo


Abunəlik