SON DƏQİQƏ! AzTV rəhbəri iki şəxs tərəfindən məhkəməyə verildi

Baxılıb:908
SON DƏQİQƏ! AzTV rəhbəri iki şəxs tərəfindən məhkəməyə verildi

Tanınmış araşdırmaçı jurnalist, QHT təmsilçisi Əkrəm Bəydəmirli Azərbaycan Teleradio Verilişləri QSC-nin sədrini məhkəməyə verib.

 AzTimes.az bildirir ki, Əkrəm müəllim uzun illər Azərbaycan radiosunun Beynəlxalq redaksiyasında redaktor vəzifəsində
çalışıb.  Jurnalist həmkarımızın dediyinə görə Rövşən  Məmmədov bu illər ərzində ona qarşı qərəzli və ədalətsiz davranıb.
Bütün bu ədalətsizliklərə  son qoymaq məqsədilə  Əkrəm Bəydəmirli bu günlərdə Səbail rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edib.

Artıq yaxın günlərdə Əkrəm müəllimin iddia ərizəsinə baxılacaq. Beləki, iyul ayının 22-də
Səbail rayon Məhkəməsinin hakimi Mədinə Bağırovanın sədrliyi ilə keçiriləcək prosesdə bu işə baxılacaq.

Məhkəmənin iyulun 22-ə-Milli Mətbuat Gününə təyin edilməsi təsadüfdür, yoxsa məqsədli… Bunu bilmirik. Amma bildiyimiz odur ki, bu ədalət təmsilçilərimizin Rövşənə əsl bayram “hədiyyəsidir”./Bakuexo.az

P.S. Bu ay AzTV-nin Sabiq əməkdaşı Saida Vəliyevanın da məhkəmə prosesi olacaq. Nəzərinizə çatdıraq ki, o da Rövşən Məmmədovu məhkəməyə verib, ona 20 AZN təzminat açıb. Proses 30 iyul 2021 -ci il tarixdə ,saat 9/10 da Səbayıl məhkəməsində baş tutacaq.


Abunəlik