Gəncədə oğurluq etməkdə şübhəli bilinən şəxs görün nə oğurladı-FOTO

Baxılıb:167
Gəncədə oğurluq etməkdə şübhəli bilinən şəxs görün nə oğurladı-FOTO

                    Gəncədə oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb

Gəncə şəhər Baş Polis İdarəsinin Nizam rayon Polis İdarəsinin (RPİ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər  ərazisində silsilə oğurluq hadisələri törədən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan AzTimes.az-a verilən məlumata görə, aparılan araşdırmalarla müəyyən ki, Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş,  Elmir İsmayılov cari ilin müxtəlif vaxtlarında  şəhər ərazisindəki mənzil və fərdi yaşayış evlərinə qeyri-qanuni yolla daxil olaraq oradan ümumi dəyəri 700 manatdan çox olan su qurğularını oğurlayıb.  E. İsmayılov  saxlanılaraq maddi sübutlarla birlikdə istintaqa təhvil verilib. Faktlarla bağlı Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.


Abunəlik