Ağstafada quldurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb-FOTO
Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşlarının peşəkarlıqla keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində naməlum şəraitdə baş vermiş quldurluq hadisəsini törədən şəxsin kimliyi məlum olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan AzTimes.az-a verilən məlumata görə, Polis Şöbəsinə rayonun Göycəli kənd sakini olan yaşlı bir qadının evinə bir nəfər naməlum şəxsin qanunsuz olaraq daxil olduğunu, ev sahibi əlindəki balta və bıçaqla öldürəcəyini hədələyərək 10 manat nağd pul, 1 ədəd qızıl üzük və 1 ədəd qızıl sırğanı ələ keçirərək quldurluq etməsi barədə məlumat daxil olub.
Polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb və hadisəni törətməkdə şübhəli bilinən rayon sakini, əvvələr məhkum olunmuş Şirzad Heydərov saxlanılıb. İlkin dindirilmə zamanı saxlanılan şəxs törətdiyi cinayət hadisəsini etiraf edib və bildirib ki, evə daxil olmazdan qabaq evi yandırmaq istəyib.Saxlanılan şəxs istintaqa təhvil verilib, araşdırmalar davam etdirilir.