Şəmkirdə 35 yaşlı kişi bıçaqlanıb
Şəmkir şəhərində bıçaqlanma hadisəsi olub.
“Report”un Qərb Mərkəzinin məlumatına görə, Şəmkir rayon sakini, 1984-cü il təvəllüdlü Camal Həsənov qarın nahiyəsindən bıçaqlanıb.
Yaralı xəstəxanaya aparılıb və cərrahiyyə əməliyyatı olunduqdan sonra Reanimasiya Şöbəsinə yerləşdirilib. C.Həsənovun vəziyyətinin orta-ağır olduğu bildirilir.
Hadisənin hansı şəraitdə baş verdiyi hələ ki məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
AzTimes.az