Sahil Babayevdən şikayətlər səngimir-Prezidentə MÜRACİƏT

Baxılıb:536
Sahil Babayevdən şikayətlər səngimir-Prezidentə MÜRACİƏT

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə.

Azərbaycan Respublikasının Birinci xanımı Birinci Vitse Prezidenti,Heydər Əliyev Fondunun Prezidenti,UNESCO və İSESCO-nun xoş məramlı səfiri Mehriban xanım Əliyevaya.

Azərbaycan Respublikası Əmək və Əhalinin
Sosial Müdafiəsi naziri cənab Sahil Babayevə.

İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı cənab Nihad Bağırova.

İsmayıllı rayon sakini Rasim Eldar oğlu Şahməmmədov tərəfindən

Ə R İ Z Ə

Hörmətli Cənab Prezident!
Sizin hər bir Azərbaycan vətəndaşına göstərdiyiniz qayğı, indiyədək minlərlə insana etdiyiniz kömək hər kəsə məlumdur. Sizə müraciət edənlərin probleminə diqqətlə yanaşdığınızı nəzərə alaraq köməksiz vəziyyətdə qalan ata kimi Sizə üz tuturam.
Məlumat üçün bildirim ki, mən – Rasim Eldar oğlu Şahməmmədov 20 avqust 1979-cu ildə İsmayıllı rayonu Diyallı kəndində anadan olmuşam. 2011-ci ildən I qrup əlillik dərəcəm var. Həyat yoldaşım Şahməmmədova Sevinc Nuğay qızı isə 6 ildir xərçəng xəstəsidir və II qrup əlildir. Bizim birgə nikahımızdan 13 yaşında oğlumuz var. Bizim ailəmizin nə ev, nə də həyətyanı torpaq sahəsi var. Evimiz olmadığından aldığımız təqaüdün böyük hissəsini kirayə pulunu ödəməyə sərf edirik. Bu isə onsuz da ağır olan sosial durumumuzu daha da çətinləşdirir.
Hörmətli Cənab Prezident!
Həyətyanı torpaq sahəsi və mənzillə təmin olunmağımızla bağlı dəfələrlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İsmayıllı rayon İcra Hakimiyyətinə müraciət etmişəm. Əlilliyi olan şəxs kimi 2014-cü ildən İsmayıllı rayon İcra Hakimiyyətində mənzil növbəsinə götürülmüşəm. Amma İsmayıllı rayon İcra Hakimiyyəti mənim mənzillə təmin olunmağımı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi isə İsmayıllı rayon İcra Hakimiyyətinin həll edəcəyini bildirir. Beləliklə, illərdir bu iki qurumun laqeyd münasibəti nəticəsində kirayələrdə çürüyürük.
Hörmətli Cənab Prezident!
Sizin hər bir vətəndaşın problemini öz probleminiz kimi qəbul edərək həllinə çalışdığınızı bilərək carəsiz vəziyyətdə qalan ata kimi müraciət edirik. Sizdən acizanə xahiş edirik ki, mənim I Qrup, həyat yoldaşımın II qrup əlil olduğunu, bizim təqaüdlə özümüzü mənzillə təmin etmək iqtidarında olmamağımızı nəzərə alaraq həyətyanı torpaq sahəsi və mənzillə təmin olunmağımıza köməklik edəsiniz.

Qoşma:
1) Rasim Eldar oğlu Şahməmmədovun şəxsiyyət vəsiqələrinin sürəti, 1 vərəq;
2) Rasim Eldar oğlu Şahməmmədovun Əlillik vəsiqəsinin surəti, 1 vərəq;

İmza: Rasim Şahməmmədov

Ünvan: İsmayıllı şəhəri, Məhəmməd Fizuli küçəsi ev 18.

Telefon: 055 564 62 77


Abunəlik