Gəncə sakinində narkotik vasitə aşkarlanıb

Baxılıb:252
Gəncə sakinində narkotik vasitə aşkarlanıb

Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin  Gəncə St Xətt Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib. 
  Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan AzTimes.az-a verilən məlumata görə, qanunsuz  olaraq narkotik  vasitə əldə edib saxlamaqda şübhəli bilinən, Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Elşən Bayramov polis əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə gətirilib. Şöbədə onun üzərində şəxsi axtarış keçirilən zaman əlindəki polietilen torbadan  ümumi çəkisi 2 kq 400  qram qurudulmuş marixuana aşkar edilərək götürülüb. 
  Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq davam etdirilir.


Abunəlik