Müdafiə Nazirliyindən sərhəddə atəş açılması ilə bağlı iddialara CAVAB
“Azərbaycan ordusunun bölmələri tərəfindən atəş açılmayıb. Şəxsi heyətimiz arasında yaralanan yoxdur”.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab Azərbaycan Müdafiə Nazirliyindən Ermənistan tərəfinin dövlət sərhədində baş vermiş insidentlə bağlı yaydığı məlumata cavab olaraq bildiriblər:
“Əgər Ermənistan silahlı qüvvələrində hər hansı bir itki və ya yaralı varsa, bu, yalnız öz aralarında baş verən insident nəticəsində ola bilər”.