53 yaşı tamam olan nazir haqqında bilmədikləriniz-DOSYE

Baxılıb:740
53 yaşı tamam olan nazir haqqında bilmədikləriniz-DOSYE

Bugün Azərbaycanın Respublikası Daxili İşlər Naziri Vilayət Eyvazovun doğum günüdür. O, 28 iyun 1968-ci ildə Naxçıvan MR Culfa rayonunun Ərbaqunis kəndində doğulub.
2000-ci ildə Azərbaycan Respublikası DİN-in Polis Akademiyasını fərqlənmə diplomu ilə bitirib. Silahlı Qüvvələrin sıralarında müddətli həqiqi hərbi xidmət keçib.

1994-cü ilin noyabr ayından daxili işlər orqanlarında xidmət edir. Daxili işlər orqanlarında fəaliyyətə polis nəfəri kimi başlayan V.Eyvazov, cinayət axtarışı qurumlarında müxtəlif vəzifələrdə xidmət edib, DİN-in Baş Cinayət Axtarış İdarəsində şöbə rəisinin müavini, 2001-2005-ci illər ərzində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəis müavini və rəisi vəzifələrində işləyib.

Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 14 aprel tarixli 753 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası Daxili İşlər nazirinin müavini, 2016-cı il 11 mart tarixli 1889 nömrəli Sərəncamı ilə Daxili İşlər nazirinin birinci müavini təyin olunub.
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 20 iyun tarixli 1278 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının Daxili İşlər naziri təyin edilib.

Cinayətkarlığa qarşı mübarizə işinin təşkilində, dövlətin Konstitusiya və dövlət quruluşunun müdafiəsində, əmin-amanlığın təmin edilməsində səmərəli fəaliyyətinə görə müxtəlif mükafatlara layiq görülüb, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 725 nömrəli Fərmanı ilə “Azərbaycan Bayrağı”, 2014-cü il 1 iyul tarixli 598 nömrəli Sərəncamı ilə 2-ci dərəcəli “Vətənə xidmətə görə”, 2018-ci il 29 iyun tarixli 263 nömrəli Sərəncamı ilə 1-ci dərəcəli “Vətənə xidmətə görə”, 2020-cil il 9 dekabr 2338 nömrəli Sərəncamı ilə “Zəfər” ordenləri, 2008-ci il 1 iyul tarixli 2912 nömrəli Sərəncamı ilə “İgidliyə görə” medalı ilə təltif olunub.

Azərbaycan Respublikası Prezidentinin 2004-cü il tarixli 293 nömrəli Sərəncamı ilə polis general-mayoru, 2006-cı il tarixli 1546 nömrəli Sərəncamı ilə polis general-leytenantı ali xüsusi rütbəsi, 2019-cu il tarixli 1299 nömrəli Sərəncamı ilə general-polkovnik ali hərbi rütbəsi verilib.
General- polkovnik Vilayət Eyvazov Azərbaycan Respublikasının səkkizinci Daxili İşlər Naziridir. Evlidir, iki övladı var.

Xarici görünüşünə və zəhminə görə zaman-zaman haqqında müxtəlif şaiyələr dolaşır. Onun olduqca qəddar olduğu təsəvvürü yaransa da şəxsən tanıyanlar olduqca səmimi, ədalətli və sadə olduğunu bildirirlər.

V. Eyvazovun nazir təyin olduqdan sonra aparılan islahatlar gözlə görünəndir. Müddət ərzində o, polisdə baş alıb gedən rüşvətxorluğun qarşısını almağa müvəffəq olub. Mediaya və vətəndaşa polis zorakılığı demək olar ki, sıfra enib. Daxili İşlər Nazirliyi mətbuat xidməti operativliyi ilə tam fərqlənən ,24 saat işləyən yeganə mətbuat xidmətidir.

Təbrik edirik!

Pərvin Abışova,AzTimes.az



Abunəlik