Şəmkirdə videosu yayılan balıqçı ilə bağlı araşdırma başladıldı- DİN-dən AÇIQLAMA
Sosial şəbəkələrdə Şəmkir ərazisində su polisinin qanunsuz əməli ilə bağlı yayılan görüntülər barədə DİN məlumat yayıb.
Bu barədə DİN-in Mətbuat Xidmətinə bilavasitə tabe olan, Gəncə regional qrupun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov AzTimes.az-ın sorğusuna cavab olaraq bildirib:”Məlum görüntülərlə bağlı Su Nəqliyyatında Polis İdarəsinin Şəmkir Xətt Polis Məntəqsində araşdırmalar balşanılıb. Hazırda həmin balıqçının müəyyən edilərək məsuliyyətə cəlb edilməsi üçün müvafiq işlər həyata keçilir.”