Göyçay rayon Potu kəndində şəhid Elnur Əliyevin xatirə bulağının açılışı oldu-FOTOLAR
AzTimes.az xəbər verir ki, 26 iyun 2021-ci il tarixdə rayonun rayonun Potu kəndi sakini, İkinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə yüksələn Elnur Ərəstun oğlu Əliyevin adına inşa olunan xatirə bulağının açılışı olub.
Açılışda rayon icra hakimiyyətinin başçısı, RİH məsul şəxsləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, din xadimləri, şəhidin ailə üzvləri və kənd sakinləri iştirak edib.Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan söz açdılar. Bildirildi ki, Azərbaycan xalqı Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi və müzəffər ordumuzun qüdrəti altında qəhrəman oğullarımız sonsuz cəsarət və qəhrəmanlıq göstərərək həyatları bahasına torpaqlarımızı düşməndən təmizlədi. Üçrəngli bayrağımız respublikamızın bütün guşələrində olduğu kimi, işğaldan azad edilmiş torpaqlarımızda da əzəmətlə dalğalanmaqdadır.
Bulağın açılışında Şəhid Elnur Əliyevin keçdiyi döyüş yolundan, Vətən uğrunda göstərdiyi şücaətdən danışılıb. 44 günlük Vətən müharibəsi zamanı Qubadlı istiqamətində gedən döyüşlərdə yaralanaraq şəhidlik zirvəsinə ucalmışdır.Qeyd edək ki, şəhid Elnur Ərəstun oğlu Əliyev 2000-ci il fevral ayının 10-da Potu kəndində dünyaya göz açıb. İlk təhsilini Nizami adına Göyçay şəhər 7 nömrəli tam orta məktəbdə alıb. Orta məktəbi bitirdikdən sonra 2019-cu il dekabr ayının 16-dan başlayaraq Xüsusi Təyinatlı Qüvvələrdə kiçik çavuş, xilasetmə taborunda manqa komandiri kimi çalışmağa başlayıb.
Şəhidin atası göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə minnətdarlığını bildirmişdir.