Qazaxda yolu keçmək istəyən iki qızı maşın vurub

Baxılıb:167
Qazaxda yolu keçmək istəyən iki qızı maşın vurub

 

Qazax rayonunda iki piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Şıxlı kəndi ərazisində qeydə alınıb.

Belə ki, yolu keçmək istəyən Mirzəliyeva Gülnur və Məmmədova Tamaşanı “VAZ-21099” markalı avtomobil vurub. Xəsarət alanların hər ikisinin 18 yaşı olduğu bildirilib.

Yaralılar xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir